Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İmişlidə ağacəkmə aksiyasında iştirak edib

07 dekabr 2022 | 20:18

  Bu gün İmişli rayonun Şahverdili kəndində ağacəkmə aksiyası baş tutub. Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Aksiya çərçivəsində sözügedən əraziyə müxtəlif növ ağaclar əkilib, yeni əkilən ağaclar suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Qeyd edək ki, aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

Keçidlər