Şriftin ölçüsü :

Saytın rəngi :

Bəcirəvan kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

10 yanvar 2023 | 18:58
     İmişli rayonunda əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mütəmadi olaraq vətəndaşlarla qəbullar keçirir. İcra başçısının yanvar ayı üzrə vətəndaşlarla nəzərdə tutulan birinci səyyar görüşü rayonun Bəcirəvan kəndində baş tutub. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
     Qəbul zamanı çıxış edən icra başçısı bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərildiyini bildirib. Ölkə rəhbərinin müdrik siyasəti ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq həmin inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini qeyd edib. Sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün müvafiq göstərişlər verilib.
Keçidlər