Şriftin ölçüsü :

Saytın rəngi :

Aranlı kəndində vətəndaşlarla səyyar görüş keçirilib

29 noyabr 2022 | 20:14
  İmişli rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşlarla növbəti səyyar qəbulu 29 noyabr 2022-ci il tarixdə rayonun Aranlı kəndində baş tutub. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub .
  Səyyar qəbulu giriş nitqi ilə açan Elçin Rzayev görüşün məqsəd və mahiyyətindən, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan söz açıb. "Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin İmişli rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən məsələlər səsləndirilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər