Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Təbiətin ulu neməti Novruz” adlı tədbir keçirilib

19 mart 2022 | 16:00

19 mart 2022-ci il tarixdə İmişli rayon Mədəniyyət Mərkəzində xalqımızın milli adət-ənənələrini özündə birləşdirən “Novruz” bayramı münasibətilə “Təbiətin ulu neməti Novruz” adlı bayram şənliyi təşkil olunub. Novruz xalqımızın milli-mənəvi dəyərlərinin özündə əks etdirən və dünyaya tanıtdıran el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik və həmrəylik bayramıdır. Bayram şənliyi ilk öncə rayonun mədəniyyət və incəsənət işçilərinin iştirakı ilə Novruz bayramın adət-ənənlərinə həsr olunan sərgiyə tamaşa olunması ilə başlandı. Daha sonra Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibətilə mədəniyyət işçilərini və rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladılar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Tədbirdə həmçinin mədəniyyət işçilərinin ifalarında mahnılar və  rəqs nümunələri səsləndirilib.

Keçidlər