Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

17 mart 2022 | 16:00

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri ölkənin hər yerində olduğu kimi, İmişli rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Belə ki, Novruz bayramı ərəfəsində də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın əməkdaşları ilə birlikdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib. Görüş zamanı icra başçısı qədirbilən xalqımızın bizə düşmən üzərində öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi heç vaxt unutmayacağını, onların əziz xatirələrini daim uca tutacaqlarını və ehtiram göstərəcəklərini qeyd edib. İcra başçısı həmçinin şəhidlərimizin ailə üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara bayram sovqatları təqdim olunmuşdur. Sovqatları qəbul edən ailələr göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Eyni zamanda bu layihəni razılıqla qarşılayaraq təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə ailələrə bayram əhval-ruhiyyəsi bəxş etmək baxımından əhəmiyyətlidir və imtiyazlı kateqoriyaya aid vətəndaşlara dəstək davamlı olacaqdır.

Keçidlər