Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə YAP rayon təşkilatına təyin olunmuş sədrin təqdimatı keçirilib

11 fevral 2022 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin müvafiq qərarı ilə YAP İmişli rayon təşkilatına sədr təyin olunmuş Səfa Ağayev rayon ictimaiyyətinə təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən RİH başçısı Elçin Rzayev Ulu Öndərin rəhbərliyi ilə yaranan YAP-ın qısa bir zamanda xalqın inamı nəticəsində hakimiyyətə gəlməsindən söhbət açaraq Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, mənsubiyyətindən, dilindən, dinindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsini təmin edilməsi, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsinə nail olmasını xüsusi vurğulayıb. İcra başçısı həmçinin Müzəffər Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda gördüyü möhtəşəm işlərin və Vətən müharibəsində əldə olunmuş parlaq tarixi qələbənin yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarının müstəsna əhəmiyyətini qeyd edib. Digər çıxış edənlər bundan sonra ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs ediblər.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ona göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin sədri cənab İlham Əliyevə, İdarə Heyətinə və partiya rəhbərliyinə minnətdarlığını və dərin təşəkkürünü ifadə edərək qeyd edib ki, bu şərəfli vəzifəni layiqincə icra etmək üçün var gücü ilə çalışacaqdır.

Keçidlər