Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulağın açılışı olub

21 yanvar 2022 | 16:00

Ötən gün İmişli rayonunun Çahar kəndində 44 günlük Vətən müharibəsində şəhid olan Səfərli Amil Nizami oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksinin açılışı olub. Tədbir iştirakçıları əvvəlcə yeni yaradılan abidə-bulaq kompleksi ilə tanış olublar. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  ictimaiyyət nümayəndələri, məktəblilər, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıblar, Amil və onun kimi oğullarımızın xatirələrinin heç bir zaman unudulmayacağını bildiriblər. Həmçinin vurğulanılıb ki, prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Xatırladaq ki, Amil Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Keçidlər