Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yerin təkinin istifadəsi və mühafizəsi ilə bağlı videokonfrans keçirilmişdir.

22 yanvar 2021 | 16:00

İmişli rayonu ərazisində təbii sərvətlərdən səmərəli istifadə edilməsi, mövcud qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, şəffaflığın təmin edilməsi, təbii landşaftın mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədi ilə 19 yanvar 2021-ci il tarixdə videoformat şəklində konfrans keçirilmişdir. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli və qum-çınqıl məhsullarının istehsalı ilə məşğul olan müəssisə rəhbərləri iştirak etmişlər.

Konfrans zamanı faydalı qazıntı ehtiyatları olan dövlət torpaqlarından qanunvericiliyin tələbləri əsasında istifadə olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi istiqamətində çıxışlar edilmişdir. Eyni zamanda müəssisə rəhbərləri tərəfindən qaldırılan məsələlər dinlənilmiş və istehsal sahələrində olan mövcud problemlər araşdırılmışdır. Sahibkarlara yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.
 

 

 

 

Keçidlər