Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunun Şəhidlər Xiyabanında əsaslı təmir–bərpa işlərinə başlanılmışdır.

22 dekabr 2020 | 16:00

Ötən əsrin 90-cı illərində Qarabağ uğrunda gedən döyüşlərdə vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarında keçmiş igid oğullarımızın xatirəsini əbədiləşdirmək üçün İmişli şəhərinin A.Şadlinski küçəsində 2.5 ha ərazidə Şəhidlər Xiyabanı salınmışdır. Son illər həmin Xiyabanda təmir-bərpa işləri aparılmadığından ərazi bərbad vəziyyətə düşmüşdür.

Şəhidlər Xiyabanının mövcud vəziyyəti nəzərə alınaraq layihə-smeta sənədləri hazırlanmış, büdcədən kənar vəsait hesabına təkliflər sorğusu metodu ilə tender keçirilmiş və tenderin qalibi tərəfindən əsaslı təmir-bərpa işlərinə başlanılmışdır. Belə ki, şəhid məzarlarında tam yenidənqurma işlərinin aparılması, ərazidə dekorativ ağac və kollardan yaşıllıq zolaqların salınması, müasir isıqlandırma sistemlərinin quraşdırılması, Xiyabanın gediş–gəliş hissəsində yeni tamet üzlük döşəmə plitələrinin qoyulması, eləcə də, Qələbə abidə kompleksində dekorativ işlərinin aparılması nəzərdə tutulmuşdur.

Keçidlər