Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaşayış binaları və səkilər dezinfeksiya olunub.

13 iyun 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə bağlı koronavirus (COVİD – 19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisində profilaktik dezinfeksiya tədbirləri davam etdirilir.

Tədbirlər çərçivəsində rayonun yaşayış binalarında, eləcə də binaların həyətlərində və səkilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri görülüb. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Məlumat üçün bildiririk ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir.

Keçidlər