Şriftin ölçüsü :

Saytın rəngi :

26 İYUN — SİLAHLI QÜVVƏLƏR GÜNÜ

26 iyun 2022 | 11:15
   Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Ordumuzda vahid komandanlığın yaradılması və nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
  Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!
Keçidlər